ixtisassecimi.az

Loading

XI siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb, 20 nəfər maksimum bal toplayıb

XI siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb, 20 nəfər maksimum bal toplayıb

Tam orta təhsil üzrə buraxılış imtahanının nəticələri elan olunub

Martın 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri açıqlanıb. İmtahan iştirakçıları arasında 20 nəfər maksimum nəticə göstərərək 300 bal toplayıb.

İmtahan nəticələrini öyrənmək üçün iştirakçılar həm Dövlət İmtahan Mərkəzinin saytından, həm də mobil operatorlar – Azercell, Bakcell, Nar, Naxtel vasitəsilə 7727 nömrəsinə 8 rəqəmli şagird kodunu (iş nömrəsi) göndərməklə məlumat əldə edə bilərlər.

Bu mərhələdə 58 min 732 nəfərin iştirakı nəzərdə tutulsa da, 407 nəfər imtahana qatılmayıb. 11 nəfərin isə imtahan qaydalarını pozduğuna görə nəticələri ləğv edilib.

İmtahan nəticələri ilə bağlı narazılığı olanlar üçün Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər 21 aprel saat 10:00-dan 23 aprel saat 17:00‑dək elektron ərizə doldurmaqla qeydiyyatdan keçə bilərlər. Ərizə yalnız DİM-in rəsmi saytında təqdim olunacaq.

Ərizə təqdim edərkən müraciət ediləcək tapşırığın nömrəsi, müraciətin məqsədi və məzmunu, eləcə də hansı qiymətləndirmə meyarına uyğun olmadığı dəqiq şəkildə göstərilməlidir. Əgər bu məlumatlar elektron ərizədə qeyd olunmazsa, həmin müraciət qəbul edilmir və araşdırılmır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *