300 bal toplayan BAKI məktəbliləri
Buraxılış imtahanlarında 300 bal toplayan Bakı məktəbliləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərinin 5 şagirdi martın 9-da keçirilmiş XI sinif buraxılış imtahanlarında maksimum nəticə göstərərək 300 bal toplayıb.
İmtahan nəticələrinə əsasən, aşağıdakı şagirdlər yüksək nəticə əldə ediblər:
-
Fərid Mehdiyev – 313 nömrəli tam orta məktəb
-
Fatimə Abbaslı – 263 nömrəli tam orta məktəb
-
Nuray Sadıqzadə – 138 nömrəli tam orta məktəb
-
Müzəffər Qoşqarov – 204 nömrəli tam orta məktəb
-
Aişə Bağırova – 89 nömrəli tam orta məktəb
Buraxılış imtahanlarında şagirdlərə təqdim olunan tapşırıqların strukturu aşağıdakı kimidir:
-
Tədris dili fənni: 10 açıq yazılı, 20 qapalı test
-
Riyaziyyat: 7 yazılı açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı test
-
Xarici dil: 7 yazılı açıq, 23 qapalı test
Ümumilikdə 85 tapşırıq təqdim olunub. Hər fənn üzrə toplanıla biləcək maksimal bal 100, ümumi nəticə isə 300 bal təşkil edir.
Bu yüksək nəticə göstərən şagirdləri təbrik edir və bütün imtahan iştirakçılarına gələcəkdə uğurlar arzulayırıq.
