Şagird yerdəyişməsi etmək istəyənlərin nəzərinə!

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi başladı

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi prosesi davam edir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, ll-lX və Xl siniflər üzrə yerdəyişmə avqustun 5-dən etibarən “sy.edu.az” elektron sistemi üzərindən həyata keçirilir. X sinif şagirdləri üçün isə yerdəyişmə 12 avqust saat 11:00-dan aktivləşdiriləcək.

Valideynlər müəyyən lisey və gimnaziyalar istisna olmaqla, elektron sistem üzərindən sorğu yerləşdirərək övladlarının bir məktəbdən digərinə keçidini təmin edə bilərlər.

Yerdəyişmə prosesində istisna təşkil edən lisey və gimnaziyalara qəbul imtahan əsasında aparılacaq. Bu imtahanlarda iştirak etmək istəyən valideynlər 13 avqust saat 18:00-a qədər “sy.edu.az” platformasında qeydiyyatdan keçməlidirlər.

Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlər üçün rahat, şəffaf və operativ bir proses təmin edir. Bu sistem əlavə vaxt itkisinin qarşısını alır və prosesdə subyektiv amillərin təsirini minimuma endirir.