ixtisassecimi.az

Loading

Biz kimik?

İxtisas Seçimi üzrə Peşəkar Dəstək – Mürsəl Əliyev və Galata Eğitim komandası ilə Birgə

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər üçün ixtisas seçimi həyati əhəmiyyət daşıyan bir mərhələdir. Bu mühüm qərarı daha düzgün və məlumatlı şəkildə vermək üçün Mürsəl Əliyevin peşəkar məsləhət xidmətindən faydalana bilərsiniz.

Mürsəl Əliyev – Təhsil üzrə ekspert, ixtisas seçimi sahəsində geniş təcrübəyə malik mütəxəssisdir. O, illərdir yüzlərlə abituriyentin uğurlu ixtisas seçimi etməsində və gələcək karyeralarının düzgün istiqamətlənməsində onlara kömək etmişdir.

Xidmətlərə daxildir:

  • Dövlət imtahan nəticələrinin təhlili
  • Fakültə və universitetlər üzrə real uyğunluğun müəyyənləşdirilməsi
  • Gələcək əmək bazarına uyğun ixtisasların tövsiyəsi
  • Şəxsi maraqlar və bacarıqlara əsaslanan istiqamət seçimi
  • Onlayn və canlı konsultasiya imkanları

Kimlər müraciət edə bilər?

  • 11-ci sinif məzunları və valideynləri
  • İmtahan nəticələri əldə etmiş abituriyentlər
  • Yenidən ixtisas və ya universitet dəyişdirməyi düşünən tələbələr

Unutmayın – düzgün ixtisas seçimi gələcək həyatınızın uğurlu başlanğıcıdır!
Mürsəl Əliyevin təcrübəsindən yararlanaraq bu prosesi daha rahat və effektiv şəkildə keçin.