Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verilib

Rus bölməsi üzrə birinci siniflərə qəbul başladı – 2025

2025-ci il üzrə rus bölməsi üzrə birinci siniflərə məktəb və müəllim seçimi mərhələsinə start verilib. Seçim prosesi 25 iyun saat 18:00-a qədər davam edəcək.

Bu müddət ərzində aşağıdakı təhsil müəssisələrinə qəbul üçün müsabiqəyə yazılma mümkündür:

  • Bakı Avropa Liseyi

  • Respublika İncəsənət Gimnaziyası

  • Bülbül adına Orta İxtisas Musiqi Məktəbi

Eyni zamanda, bu tarixədək aşağıdakı məktəblərin rus bölməsi üzrə seçim prosesi aparılacaq:

  • İ. Əfəndiyev adına Elitar Gimnaziya

  • Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi

  • T. Həsənov adına 23 nömrəli tam orta məktəb

  • 132–134 nömrəli Təhsil Kompleksi

  • T. İsmayılov adına 6 nömrəli məktəb-lisey

  • “Zəngi” liseyi

Qeyd edək ki, bu məktəblərə qəbul zamanı iki əsas kateqoriya mövcuddur:

  • Prioritetə malik uşaqlar üçün məktəb seçimi

  • Prioritetə malik olmayan uşaqlar üçün müsabiqə əsasında qəbul

Valideynlər və qanuni nümayəndələr müəyyən olunmuş tarixə qədər seçimlərini etməli və zəruri hallarda uşaqlarını müsabiqəyə qeydiyyatdan keçirməlidirlər.