Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verilib
Rus bölməsi üzrə birinci siniflərə qəbul başladı – 2025
2025-ci il üzrə rus bölməsi üzrə birinci siniflərə məktəb və müəllim seçimi mərhələsinə start verilib. Seçim prosesi 25 iyun saat 18:00-a qədər davam edəcək.
Bu müddət ərzində aşağıdakı təhsil müəssisələrinə qəbul üçün müsabiqəyə yazılma mümkündür:
-
Bakı Avropa Liseyi
-
Respublika İncəsənət Gimnaziyası
-
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi
Eyni zamanda, bu tarixədək aşağıdakı məktəblərin rus bölməsi üzrə seçim prosesi aparılacaq:
-
İ. Əfəndiyev adına Elitar Gimnaziya
-
Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi
-
T. Həsənov adına 23 nömrəli tam orta məktəb
-
132–134 nömrəli Təhsil Kompleksi
-
T. İsmayılov adına 6 nömrəli məktəb-lisey
-
“Zəngi” liseyi
Qeyd edək ki, bu məktəblərə qəbul zamanı iki əsas kateqoriya mövcuddur:
-
Prioritetə malik uşaqlar üçün məktəb seçimi
-
Prioritetə malik olmayan uşaqlar üçün müsabiqə əsasında qəbul
Valideynlər və qanuni nümayəndələr müəyyən olunmuş tarixə qədər seçimlərini etməli və zəruri hallarda uşaqlarını müsabiqəyə qeydiyyatdan keçirməlidirlər.
