Qəbulun 1-ci cəhdində qeydiyyatı davam edir

Abituriyentlər üçün qeydiyyat: Qəbul imtahanının II mərhələsinin I cəhdi üçün son tarix açıqlandı

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdində iştirak etmək istəyən abituriyentlər 1 may saat 23:59-dək şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edərək müvafiq internet səhifəsi vasitəsilə imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Hazırda qeydiyyatdan keçən abituriyentlərin sayı real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində izlənilə bilər.

Bu il buraxılış imtahanında (tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə) iştirak etmiş, lakin 20 fevral – 5 mart tarixlərində keçirilən ərizə qəbuluna qoşulmayan cari ilin məzunları da nəzərə alınıb. Onlara da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak üçün qeydiyyatdan keçmək imkanı yaradılıb.

Qeyd:

  • II və III ixtisas qrupları üzrə imtahan 25 may tarixində,

  • I və IV qruplar üzrə isə 1 iyun tarixində keçiriləcək.

  • III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan 1 iyun tarixində baş tutacaq.