2025-ci il aprelin 20-də keçirilən 9-cu sinif buraxılış imtahanının cavabları açıqlanıb
2025-ci il aprelin 20-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında istifadə olunmuş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları artıq açıqlanıb.
Yazılı cavab verilməsi tələb olunan açıq tipli tapşırıqların yoxlanılması müəyyən vaxt tələb etdiyindən imtahan nəticələrinin 5 həftə ərzində elan olunması planlaşdırılır.