Özü 300 bacısı 247 bal TOPLADI

Martın 2-də keçirilmiş buraxılış imtahanında 23 abituriyent maksimum – 300 bal toplayıb. Bu uğur qazanan abituriyentlərdən biri də Şəmkir rayonu, Kür qəsəbəsi H.Z.Tağıyev adına tam orta məktəbin şagirdi Nəzrin Məmmədovadır. O, imtahanda yüksək nəticə göstərərək maksimum bal – 300 bal toplayıb.

Nəzrin Məmmədova 5 yaşında məktəbə gedib və xüsusi bilikləri ilə seçilib. Onun bacısı, Nuray Məmmədova isə 247 bal toplayaraq təhsil aldığı məktəbdə üçüncü yerə layiq görülüb. Bacılar hazırda Azərbaycan Tibb Universitetinin “Tibb” ixtisasına qəbul olmaq üçün hazırlıq prosesini davam etdirirlər.

Bu nəticələr həm ailə, həm də məktəb üçün böyük uğur hesab olunur. Bacıların eyni zamanda yüksək nəticələr göstərməsi onların təhsilə olan marağının və əzminin bariz nümunəsidir.