Bugünkü imtahan nəticələrinin açıqlanacağı TARİX
9-cu sinif buraxılış imtahanı keçirildi – Nəticələr 5 həftə ərzində elan olunacaq
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsili səviyyəsi üzrə buraxılış imtahanı təşkil olunub.
İmtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanması müəyyən vaxt apardığı üçün nəticələrin yaxın 5 həftə ərzində açıqlanması planlaşdırılır.
İmtahan iştirakçılarına sual kitabçalarını özləri ilə aparmaq icazəsi verilib. Test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları isə sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yayımlanacaq.
