Birinci sinfə qəbul başlayır
2025–2026-cı tədris ili üzrə birinci sinfə şagird qəbulu başlayır
1 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.
Qəbul prosesi elektron qaydada həyata keçiriləcək və ölkənin bütün şəhər və rayonlarını əhatə edəcək. Elektron qeydiyyat valideynlərin rahatlığını təmin etmək məqsədi daşıyır.
Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan birinci sinfə avtomatik keçiriləcək. Məqsəd – valideynlər üçün prosesin sadə, şəffaf və əlçatan olmasını təmin etməkdir.
