310 mindən çox şagird monitorinqə cəlb ediləcək
2025-ci ildə 310 mindən çox IV və VI sinif şagirdi üzrə monitorinq keçiriləcək
Azərbaycan üzrə ümumilikdə 310 mindən çox IV və VI sinif şagirdinin bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə genişmiqyaslı monitorinq qiymətləndirməsi həyata keçiriləcək. Bu barədə məlumatı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yayıb.
Modern.az xəbər verir ki, builki monitorinq çərçivəsində ilk dəfə olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən məktəblərdə təhsil alan 10 000 şagirdin kompüter əsaslı qiymətləndirmədə iştirakı nəzərdə tutulur.
Yeni formatda keçiriləcək bu kompüter əsaslı monitorinq imtahanları, şagirdlərin riyaziyyat, oxu bacarıqları və məntiqi düşünmə qabiliyyətlərinin obyektiv şəkildə qiymətləndirilməsini hədəfləyir. Bu yanaşma, rəqəmsal təhsilin genişləndirilməsi və təhsildə şəffaflıq prinsipinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
