300 bal toplayan Səma bu universitetdə oxumaq İSTƏYİR
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayanlar arasında Naxçıvan məktəblisi də var
2025-ci il martın 9-da keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahanda iştirak edənlər arasında 20 nəfər 300 bal toplayaraq maksimum nəticə göstərib. Onların 10-u qız, 10-u isə oğlandır.
300 bal toplayanlar arasında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Badamlı qəsəbə orta məktəbinin şagirdi İsmayılova Səma Firəddin qızı da yer alır. O, yüksək nəticə göstərməklə uğurlu şagirdlər sırasına daxil olub.
Səma bildirib ki, imtahan çox uğurla keçib və hazırlıqlı olmaq ona özünü rahat və əmin hiss etdirməyə kömək edib. O, gələcəkdə II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almağı planlaşdırır.
“Təhsilimi maliyyə və ya biznesin idarə edilməsi sahəsində davam etdirmək istəyirəm. Məqsədim 700 bal toplamaqdır. Abituriyentlərə məsləhətim budur ki, çox deyil, düzgün hazırlaşsınlar. Bu üsul imtahana hazırlığı daha asan və səmərəli edir,” – deyə o qeyd edib.
