I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri nə vaxt açıqlanacaq? – DİM-dən açıqlama
13 iyul 2025-ci il tarixində keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri hələ açıqlanmayıb. Abituriyentlər və valideynlər nəticələrin nə vaxt elan ediləcəyini səbirsizliklə gözləyir.
Məsələ ilə bağlı AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, imtahan nəticələrinin bu həftənin sonuna qədər elan olunması planlaşdırılır.
Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə imtahanlarda minlərlə abituriyent iştirak edib və nəticələrə əsasən onların ixtisas seçimi prosesi başlayacaq.