2025–2026-cı tədris ili üzrə rus bölməsinə birinci sinif qəbulu əvvəlki illərlə eynidir
2025–2026-cı tədris ili üçün rus dili bölməsi üzrə birinci sinfə qəbul göstəriciləri əvvəlki illərlə müqayisədə dəyişməyib.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, artıq müsahibə və apellyasiya mərhələlərinin nəticələri valideynlərə təqdim olunub və qəbul prosesi başa çatıb.