Məktəblərdə 5 günlük tətil BAŞLADI

Ümumi təhsil məktəblərində yaz tətili başlayıb

Ümumi təhsil məktəblərində məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün yaz tətilinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti” haqqında qərarına uyğun olaraq, məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə yaz tətili 1-5 may tarixlərini əhatə edəcək.

Qeyd edək ki, yaz tətilindən sonra dərslər 6 may tarixində bərpa olunacaq.