Məleykə Abbaszadə: Riyaziyyat fənni üzrə nəticələr aşağıdır
Riyaziyyat fənni üzrə nəticələr hələ də gözlənilən səviyyədə deyil
Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bildirib ki, riyaziyyat fənni üzrə imtahan nəticələri hələ də arzu olunan səviyyədə deyil. Onun sözlərinə görə, bu sahədə yüksək nəticə göstərən abituriyentlər olsa da, ümumi göstərici aşağıdır.
O, həmçinin qeyd edib ki, xarici dil fənni üzrə nəticələr gözləniləndən daha yaxşıdır. Orta göstəricilər 40%-ə çatır və bu, ölkə üçün müsbət tendensiya hesab olunur.
DİM sədri əlavə edib ki, son illərdə açıq tipli test tapşırıqlarını yerinə yetirən şagirdlərin faizi xeyli artıb. Əvvəllər bu göstərici 30-40% arasında dəyişirdisə, hazırda artıq 70%-ə çatıb.
Yeni formatlı imtahanlara keçid dövründə isə maksimum 40% məzun yazı tapşırıqlarını yerinə yetirə bilirdi. Məleykə Abbaszadə xüsusilə tədris dili üzrə nəticələrin müsbətə doğru dəyişdiyini vurğulayıb. O qeyd edib ki, nəticələr mərhələli şəkildə yaxşılaşır, lakin hələ ki, ciddi sıçrayış müşahidə olunmur.
