İxtisas seçiminin vaxtı AÇIQLANDI

Ali təhsil müəssisələrinə ixtisas seçimi 2025-ci il avqustun 11-dən 19-dək aparılacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, “Abituriyent” jurnalının 4-cü sayı və “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” adlı vəsait ixtisas seçiminə qədər nəşr olunacaq.