I sinifə şagird qəbulu BAŞLAYIR
024-2025-ci tədris ili üzrə birinci sinfə qəbul prosesinə start verildi
2024-2025-ci tədris ili üçün birinci sinfə elektron qəbul prosesi 1 may saat 11:00-dan etibarən başlayıb. Valideynlər və qanuni nümayəndələr www.mektebeqebul.edu.az portalı vasitəsilə uşaqlarını ümumi təhsil müəssisələrinin I sinfinə qeydiyyatdan keçirə bilərlər.
Qəbul prosesi ölkənin bütün şəhər və rayonlarını, o cümlədən Bakı, Sumqayıt, Gəncə və Abşeron rayonunu əhatə edir.
Qeydiyyat və seçim tarixləri:
Azərbaycan bölməsi üzrə:
-
Məktəb və müəllim seçimi: 6 may – 12 sentyabr
-
Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə prioritetli seçim: 6 may – 5 iyun
Digər dillərdə tədris aparılan bölmələr üzrə:
-
Müsahibəyə qeydiyyat: 6 – 20 may
-
Müsahibə mərhələsi: 12 – 31 may
-
Məktəb və müəllim seçimi: 17 iyun – 12 sentyabr
-
Abşeron rayonu, Bakı, Sumqayıt və Gəncə üzrə seçim: 17 iyun – 17 iyul
Avtomatik keçid:
Bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan birbaşa I sinfə avtomatik keçiriləcək.
Qeyd edək ki, qeyd olunan müddətlər bitdikdən sonra həmin məktəblərə prioritetsiz sorğuların təqdim olunmasına başlanılacaq.
