Bu gün imtahan var!

27 aprel 2025-ci ildə 9-cu sinif buraxılış imtahanı keçiriləcək – DİM məlumatı

27 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bu barədə Modern.az saytı DİM-ə istinadən məlumat yayıb.

İmtahan aşağıdakı bölgələri əhatə edəcək:

  • Bakı şəhəri – Sabunçu (II hissə), Nizami, Xəzər (II hissə), Pirallahı rayonları,

  • Sumqayıt (II hissə), Abşeron (II hissə),

  • Naxçıvan Muxtar Respublikası,

  • Göygöl, Goranboy, Naftalan, Şəmkir (II hissə), Tovuz,

  • Qax, Balakən, Zaqatala,

  • Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik,

  • Saatlı, Salyan, Kürdəmir, Ağdaş,

  • Xaçmaz (II hissə), Quba (II hissə),

  • Bərdə, Tərtər, Ağdərə və Laçın.

Bundan əlavə, 27 aprel tarixində Bakı şəhərində yerləşən xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər) və tədrisi ingilis və gürcü dilində olan məktəblərin şagirdləri də imtahanda iştirak edəcəklər.

İmtahanın başlama vaxtı və vacib qaydalar:

  • İmtahan saat 11:00-da başlayacaq.

  • Saat 10:45-də imtahan binalarına buraxılış başa çatacaq. Bu vaxtdan sonra gələn şagirdlər imtahan binasına buraxılmayacaqlar.

  • Ümumilikdə 51 908 şagird imtahanda iştirak edəcək.