Bakıdakı bu məktəblə bağlı araşdırma BAŞLADI

Bakıdakı 112 nömrəli məktəbdə ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərlə yanlış rəftarına görə araşdırma aparılıb

Bakı şəhərində yerləşən 112 nömrəli tam orta məktəbdə ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən etik çərçivədən kənara çıxan davranışları ilə bağlı məktəbdaxili araşdırma həyata keçirilib.

Məktəbdən verilən məlumata görə, məktəb rəhbərliyi dərhal tədbir görərək həm müəllim, həm də valideynlərlə görüş təşkil edib və müvafiq tövsiyələr verilib. Müəllimdən izahat alınıb.

Araşdırma nəticəsində məktəb rəhbərliyi həmin ibtidai sinfə nəzarətin artırılması və dərslərin gedişatına daha ciddi diqqət yetirilməsi qərarına gəlib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi də məsələ ilə bağlı araşdırmalara başlayıb. İdarədən verilən məlumata görə, məktəb rəhbərliyinə qanunvericiliyə uyğun tədbirlər görmək tapşırılıb.