Bakı Türk Liseyinə qəbul imtahanları keçirilib

Bakı Türk Liseyinə qəbul imtahanları keçirilib – Nəticələr iyunun 15-dək açıqlanacaq

Mayın 31-i və iyunun 1-də Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində 6-cı və 9-cu siniflər üzrə qəbul imtahanları təşkil olunub.

Test üsulu ilə keçirilən imtahanlar Azərbaycan dili, tarix, ingilis dili, kimya, fizika və riyaziyyat fənlərini əhatə edib.

Ümumilikdə 1600-dən çox şagird bu imtahanlarda iştirak edib.

Qəbul imtahanlarının nəticələrinin ən geci iyunun 15-dək elan olunacağı planlaşdırılır.