Azərbaycan təhsilində rekordçular: 700 bal toplayanların STATİSTİKASI
1992–2024-cü illər üzrə 700 bal toplayan abituriyentlərin statistikası
Azərbaycanda test üsulu ilə ali məktəblərə qəbul imtahanları ilk dəfə 1992-ci ildə tətbiq olunub. Həmin ildən etibarən 700 bal maksimum göstərici kimi qəbul olunur.
Lakin 1992–2006-cı illər arasında 700 bal toplayan abituriyent olmayıb. İlk dəfə 700 balı 2007-ci ildə 3 abituriyent toplayıb. Onlardan 2-si oğlan, biri isə qız olub.
2007-ci ildə 700 bal toplayanlar:
Abbasov Emin Məcnun oğlu – Bakı Dövlət Universiteti, informatika ixtisası
Mustafayev Cavid Sakit oğlu – Bakı Dövlət Universiteti, iqtisadi kibernetika ixtisası
İsmayılbəyli Nərgiz Malik qızı – Azərbaycan Tibb Universiteti, müalicə işi ixtisası
Bu tarixdən sonra müəyyən illərdə fərqli sayda abituriyent 700 bal toplayaraq rekord nəticə göstərib. 2019, 2021 və 2023-cü illərdə isə heç bir abituriyent bu nəticəyə çatmayıb.
İllər üzrə 700 bal toplayanların sayı:
2007 – 3 nəfər
2008 – 6 nəfər
2009 – 2 nəfər
2010 – 7 nəfər
2011 – 4 nəfər
2012 – 5 nəfər
2013 – 6 nəfər
2014 – 9 nəfər
2015 – 15 nəfər
2016 – 10 nəfər
2017 – 15 nəfər
2018 – 29 nəfər (ən yüksək göstərici)
2019 – 0 nəfər
2020 – 2 nəfər
2021 – 0 nəfər
2022 – 1 nəfər
2023 – 0 nəfər
2024 – 2 nəfər
Ümumi nəticə:
1992–2024-cü illər ərzində cəmi 116 nəfər ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq maksimal nəticə göstərib.
