Azərbaycanda bu şəxslər təhsil haqqından azad edildi

İşğaldan azad edilmiş ərazilərdə peşə təhsili alanların təhsil haqqı dövlət tərəfindən ödəniləcək

İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış şəxslərin peşə təhsili imkanları genişləndirilir. 2025/2026, 2026/2027 və 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunan, həmçinin bu müəssisələrdə ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Bu dəyişiklik Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş “Təhsil haqqında” qanuna edilən əlavədə əksini tapıb. Eyni zamanda “Peşə təhsili haqqında” qanuna da uyğunlaşdırma xarakterli dəyişikliklər olunub.

Yeni qanun 2025-ci il sentyabrın 15-dən etibarən qüvvəyə minəcək.