24 iyuldan magistraturaya qəbul olunanlar üçün elektron sənəd qəbulu başlayır
2025-ci il üçün magistratura pilləsinə qəbul olunanlar üçün elektron sənəd qəbulu artıq başlayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, qeydiyyat 24 iyul 2025-ci il saat 15:00-dan etibarən aktivləşdirilib.
Qəbul olan namizədlər https://portal.edu.az elektron platformasında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətindən istifadə etməlidirlər.
Platformada aşağıdakı addımlar yerinə yetirilə bilər:
-
Şəxsi və qəbul məlumatlarının təsdiqlənməsi
-
Zəruri sənədlərin sistemə yüklənməsi
Qeydiyyat nə vaxt bitir?
Elektron qeydiyyat prosesi 1 avqust 2025-ci il saat 18:00-da başa çatacaq. Bu tarixdən sonra sistem bağlanacaq və qeydiyyatdan keçməyən şəxslər qəbul hüququnu itirə bilərlər.
