2024–2025-ci tədris ilində XI sinif məzunlarına attestatlar verilir
2024–2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinə attestatların verilməsinə başlanılıb.
Attestatlarda aşağıdakı məlumatlar əks olunur:
-
İllik qiymətlər
-
Buraxılış imtahanlarından toplanmış ballar (tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili – dövlət dili kimi)
-
Tam orta təhsil haqqında sənəddə şagirdin təmayül istiqaməti
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərin XI siniflərini ümumilikdə 33 517 şagird başa vurub.
Bununla yanaşı, IX sinfi bitirən şagirdlərə attestatların verilməsi isə 23–28 iyun 2025-ci il tarixlərində həyata keçiriləcək.
