Lisey və gimnaziyalara seçim prosesi başlanılır

Lisey və gimnaziyalara seçim prosesi başladı – Vacib tarixlər

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcək və 13 avqust saat 12:00-da yekunlaşacaq.

Təhsil İnstitutunun verdiyi məlumata görə, namizədlər seçimlərini şəxsi kabinetə daxil olaraq, “İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsi vasitəsilə edə bilərlər.

Əlavə araşdırmalar zamanı nəticələri ləğv edilən şəxslərə də müraciət imkanı verilir. Belə şəxslər 8 avqust saat 17:00-a qədər rəsmi ərizə ilə office@arti.edu.az elektron ünvanına müraciət etməlidirlər.

Bu proses lisey və gimnaziyalara qəbul zamanı şəffaflığın və obyektivliyin təmin olunmasına yönəlib.