Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır
Azərbaycan dili imtahanı (ikinci cəhd) üçün qeydiyyat 10 iyunda başa çatır
Dövlət İmtahan Mərkəzi (DİM) bildirir ki, Azərbaycan dili (dövlət dili kimi) imtahanının ikinci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyat prosesi 10 iyun saat 23:59-da başa çatır.
Azərbaycan dili imtahanı 2025-ci ildə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün vacib mərhələlərdən biridir. Əgər siz 4 may 2025-ci il tarixində keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməmisinizsə və ya “qeyri-məqbul” qiymət almısınızsa, ikinci imtahanda iştirak etmək hüququnuz var.
Qeydiyyatdan keçmək üçün abituriyentlər DİM-in rəsmi portalında şəxsi kabinetlərinə daxil olaraq, sistemin göstərdiyi ödəniş məbləğini hesablarına əlavə etməlidirlər.
Azərbaycan dili imtahanı nə vaxt keçiriləcək?
İkinci cəhd üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı 29 iyun 2025-ci il tarixində keçiriləcək.
