Lisey və gimnaziyalara seçim prosesi başladı

Lisey və gimnaziyalara qəbul seçimi başladı – Namizədlər üçün son tarix açıqlandı

Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesi rəsmi olaraq aktivləşdirilib.

Bu barədə Təhsil İnstitutu məlumat yayıb. Bildirilib ki, seçim mərhələsi bu gün saat 15:00-da başlayıb13 avqust saat 12:00-da başa çatacaq.

Seçim necə aparılır?

Namizədlər lisey və gimnaziyalara qəbul üçün seçimlərini şəxsi kabinet vasitəsilə həyata keçirə bilərlər. Bunun üçün:

  1. “İmtahanlar” bölməsinə daxil olun.

  2. “Lisey seçimi” hissəsini seçin.

  3. Müraciət etmək istədiyiniz təhsil müəssisəsini seçərək təsdiqləyin.

Nəticəsi ləğv edilənlər üçün müraciət prosesi

Təhsil İnstitutu əlavə edib ki, aparılmış əlavə araşdırma nəticəsində bəzi şəxslərin imtahan nəticələri komissiya qərarı ilə ləğv edilib.

Bu şəxslər 8 avqust saat 17:00-a qədər aşağıdakı ünvana rəsmi ərizə ilə müraciət etməlidirlər:

📧 office@arti.edu.az