2024–2025-ci tədris ilində XI sinif məzunlarına attestatlar verilir

2024–2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinə attestatların verilməsinə başlanılıb.

Attestatlarda aşağıdakı məlumatlar əks olunur:

  • İllik qiymətlər

  • Buraxılış imtahanlarından toplanmış ballar (tədris dili, riyaziyyat, xarici dil və Azərbaycan dili – dövlət dili kimi)

  • Tam orta təhsil haqqında sənəddə şagirdin təmayül istiqaməti

Cari tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərin XI siniflərini ümumilikdə 33 517 şagird başa vurub.

Bununla yanaşı, IX sinfi bitirən şagirdlərə attestatların verilməsi isə 23–28 iyun 2025-ci il tarixlərində həyata keçiriləcək.