Qarabağ Universitetində 10 fakültə – RƏSMİ

Qarabağ Universitetində 10 fakültə fəaliyyət göstərəcək

Növbəti illərdə Qarabağ Universitetində ümumilikdə 10 fakültə fəaliyyət göstərəcək. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Nazir vurğulayıb ki, 2030-cu ilə qədər Qarabağ Universitetinin Musiqi fakültəsi Şuşada, Kənd təsərrüfatı fakültəsi isə Xocalıda fəaliyyət göstərəcək.

“Qarabağ Universiteti Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasından sonra yaradılan ilk ali təhsil müəssisəsidir. Bu universitetin əsas dəyəri tələbələridir. Şəhərin bərpası və inkişafında tələbələrin rolu böyükdür. Burada təhsil almağı seçən tələbələrə təşəkkür düşür. Onlar digər universitetlərə də üz tuta bilərdilər. Məsələn, Hüquq fakültəsinə qəbul olunan tələbələrin balı 600-dən çoxdur”, – deyə nazir qeyd edib.