Məktəbli xaricdə dörd nüfuzlu universitetdən qəbul aldı
Heydər Əliyev Liseyinin Şagirdi Avropanın Aparıcı Universitetlərinə Qəbul Olundu
Heydər Əliyev adına liseyin 11-ci sinif şagirdi Cəlal Rzayev Avropanın bir sıra nüfuzlu universitetlərində təhsil almaq hüququ əldə edib. O, həm tam, həm də qismən təqaüdlərlə qəbul olunub.
Cəlal Rzayev Niderlandın Rotterdam Erasmus Universiteti, Belçikanın KU Leuven və Brüssel Vrije Universitetləri, eləcə də Finlandiyanın Aalto Universitetində biznes ixtisası üzrə bakalavr proqramına qəbul alıb.
Qeyd edək ki, Cəlal Rzayev yüksək təhsil göstəriciləri və beynəlxalq imtahanlardakı uğurları ilə seçilən istedadlı şagirdlərdən biridir.
