Kodlaşdırmada qəbul imtahanının balı necə seçilir? – DİM
I–IV ixtisas qrupları üzrə qəbul imtahanları başa çatdı – İxtisas seçimi zamanı hansı bal nəzərə alınacaq?
2025-ci il üzrə I–IV ixtisas qrupları üzrə ikinci cəhd qəbul imtahanları artıq yekunlaşıb. İmtahan nəticələri açıqlandıqdan sonra abituriyentləri qarşıda duran ən vacib mərhələ – ixtisas seçimi prosesi başlayacaq.
Bir çox abituriyenti maraqlandıran əsas suallardan biri budur: Hər iki cəhddə iştirak edən abituriyent ixtisas kodlaşdırmasında hansı imtahan nəticəsini seçir – daha yüksək balı özü müəyyən edir, yoxsa sistem avtomatik təyin edir?
Dövlət İmtahan Mərkəzi (DİM) bu məsələ ilə bağlı AzEdu.az Təhsil Portalına açıqlama verib. Mərkəzdən bildirilib ki, sistem avtomatik olaraq hər iki cəhd arasında ən yüksək nəticəni götürür və həmin nəticə əsasında ixtisas seçimi həyata keçirilir. Abituriyentlərin ayrıca seçim etməsinə ehtiyac qalmır.
Bu, o deməkdir ki, əgər abituriyent birinci cəhd imtahanında 520 bal, ikinci cəhd imtahanında isə 540 bal toplamışsa, ixtisas seçimi zamanı sistem avtomatik olaraq 540 balı əsas götürəcək.
