İmtahan yerləri abituriyentlərin evinə yaxın təyin edilir

Qarabağ Universitetində imtahan verənlər üçün nəqliyyat və yerləşmə problemi olmayacaq – DİM sədri açıqladı

Qarabağ Universitetində keçiriləcək qəbul imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə media nümayəndələri ilə keçirilən konfransda mühüm açıqlamalar verib. O bildirib ki, imtahan verən şagirdlərin və onların valideynlərinin bölgəyə gəlməsi ilə bağlı heç bir çətinlik gözlənilmir.

Abituriyentlərə yaxın məsafədə imtahan yerləri seçilir
DİM sədri qeyd edib ki, imtahan mərkəzləri təyin olunarkən abituriyentlərin yaşayış yerlərinə maksimal dərəcədə yaxın olması əsas meyarlardan biridir:

“Biz çalışırıq ki, şagirdlər imtahanlarını evlərinə yaxın ərazilərdə versinlər. Məsələn, Gəncədən olan abituriyentin Qarabağa imtahan vermək üçün gəlməsinə ehtiyac qalmayacaq,” – deyə Məleykə Abbaszadə vurğulayıb.

Qarabağda imtahan şəraiti təmin edilir
DİM rəsmisi əlavə edib ki, Qarabağ Universiteti və digər bölgə mərkəzlərində bütün texniki və logistika məsələləri tam şəkildə həll olunub. Bu da bölgədə imtahan prosesinin problemsiz həyata keçirilməsinə zəmin yaradır.