Gəncədə biologiya müəllimi sertifikasiya imtahanından maksimum bal toplayıb

Biologiya müəllimi Nərgiz Əliyeva sertifikasiya imtahanında maksimum nəticə göstərdi – 60 bal

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində yüksək nəticə əldə edənlərdən biri də Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin biologiya müəllimi Nərgiz Əliyeva olub. O, imtahanda maksimum nəticə – 60 bal toplayaraq fərqlənib.

“Report”un Qərb bürosunun verdiyi məlumata görə, Nərgiz Əliyeva bu uğurla müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi prosesində nümunə göstərib.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması üzrə test imtahanları 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan da daxil olmaqla ölkənin 19 şəhərində yerləşən 39 imtahan mərkəzində təşkil olunub. Məqsəd müəllimlərin peşəkar inkişafını dəstəkləmək və təhsilin keyfiyyətini artırmaqdır.