Bakıdakı özəl məktəbin 300 bal toplayan şagirdi
-
Apr, Tue, 2025
Bakı məktəbinin şagirdi buraxılış imtahanında 300 bal topladı
2025-ci il 9 mart tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən, 20 şagird maksimum – 300 bal toplayıb.
Bu şagirdlərdən biri Bakı şəhərində yerləşən özəl məktəbdə təhsil alır. Söhbət ERA tam orta ümumtəhsil məktəbinin şagirdi İlham Xəyyam oğlu Əsgərdən gedir.
Məktəbdən verilən məlumata görə, İlham Əsgər ERA məktəbinin ən nümunəvi və akademik uğurları ilə seçilən şagirdlərindən biridir. O, yalnız buraxılış imtahanlarında deyil, beynəlxalq səviyyədə də uğur qazanıb. Belə ki, ötən il “American Mathematics Olympiad” müsabiqəsində yüksək nəticə göstərərək diplom və medal əldə edib.
Bu uğur həm məktəbin, həm də ümumilikdə Azərbaycan təhsilinin nailiyyətidir.
