1 nəfər imtahandan xaric edilib – DİM
DİM 9-cu sinif buraxılış imtahanı keçirdi – Qayda pozuntusuna görə bir nəfər imtahandan çıxarıldı
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İlkin məlumatlara əsasən, bir nəfərin üzərində mobil telefon aşkarlandığı üçün həmin şəxs imtahandan xaric edilib. Faktla bağlı araşdırma aparılacaq.
Aprelin 28-dən etibarən Dövlət İmtahan Mərkəzində imtahan protokolları və cavab vərəqlərinin emalına start veriləcək. Emal prosesi başa çatdıqdan sonra imtahan nəticələri ictimaiyyətə təqdim olunacaq.
