300 bal toplayan tələbə bu universitetdə oxumaq istəyir
Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib. Bu uğurun arxasında yorulmadan, fasiləsiz çalışmaq, məqsədə sadiqlik və əzmkarlıq dayanır. Sona bildirib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb və məktəbdə verilən biliklərin onun uğurunda böyük rolu olub. Gələcəkdə Azərbaycan Tibb Universitetində təhsil almağı planlaşdırır. Qeyd edək ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanında 23 nəfər 300 bal toplayaraq ən yüksək nəticə göstərib.
